5 direktor işdən çıxarıldı - 28 direktora töhmət verildi

14:18 - 05 İyul 2024

5 direktor işdən çıxarıldı - 28 direktora töhmət verildi

Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.

 

Bu barədə Manset.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məlumat verilib.

Qurumdan bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır.

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.

Monitorinqlər davam etdiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az