Mingəçevirdə bədbəxt hadisə baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb.
Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib.
Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib.