Birbank müştəriləri artıq bank çıxarışlarını banka müraciət etmədən, birbaşa mobil tətbiqdə möhürlü və imzalı şəkildə, PDF formatında əldə edə bilərlər.
Manset.az xəbər verir ki, bunun üçün Birbank tətbiqində “AI assistent”ə daxil olaraq “çıxarış əldə etmək istəyirəm” yazmaq kifayətdir.
Bununla yanaşı, müştərilər bank çıxarışının
hazırlanması funksiyasına əməliyyatlar tarixçəsindən və müvafiq kartın
menyusundan da birbaşa keçid edə bilərlər. Beləliklə, çıxarış əldə etmək üçün bir neçə fərqli
giriş nöqtəsi təqdim olunur və müştərilər özlərinə uyğun ən rahat üsulu seçə
bilirlər.
Proses olduqca sadə və rahatdır. Müştəri əvvəlcə
çıxarışını almaq istədiyi hesabı seçir, daha sonra 1, 3, 6, 12 və ya 36
aylıq dövrdən ona lazım olan müddəti müəyyənləşdirir. Bundan əlavə, fərdi
tarix aralığını seçmək imkanı da mövcuddur. Bu funksiya müştərilərə
çıxarışı məhz ehtiyac duyduqları dövr üzrə hazırlamağa şərait yaradır.
Çıxarışı yalnız mədaxil, yalnız məxaric və ya hər
iki əməliyyat növünün əks olunması üzrə təyin etmək də mümkündür. Müştəri sənədin
dilini seçdikdən sonra çıxarış PDF formatında, bankın rəqəmsal möhürü və
imzası ilə hazırlanır.
Hazırlanma prosesi cəmi bir neçə dəqiqə ərzində
başa çatır. Çıxarış və onunla bağlı yazışma 7 gün ərzində Birbank çatının
arxivində saxlanılır ki, müştəri ehtiyac yarandıqda sənədə yenidən baxa bilsin.
Birbank-ın rəqəmsal çıxarış xidməti tamamilə ödənişsizdir. Yeniliyin tətbiqindən sonra Birbank-da rəqəmsal çıxarışdan istifadə
edən müştərilərin sayı əvvəlki dövrlə müqayisədə 45% artıb. Bu göstərici
müştərilərin bank xidmətlərini müstəqil və rəqəmsal kanallar vasitəsilə idarə
etməyə artan marağını nümayiş etdirir.
Maliyyə sektorunda ilk olan bu yenilik Birbank-da bank xidmətlərinin müştərinin özü tərəfindən
idarə olunması istiqamətində atılan mühüm addımlardan biridir. Gündəlik bank əməliyyatları
ilə yanaşı, bank sənədlərinin də tətbiq üzərindən müstəqil şəkildə əldə
olunması müştərilərin rəqəmsal xidmətlərə əlçatanlığını daha da artırır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları
təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən
ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.
Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.