logo
logo logo
logo

2-ci sinif şagirdinin meyiti körpünün altında tapıldı

23:23 - 24 Noyabr 2026

2-ci sinif şagirdinin meyiti körpünün altında tapıldı

Yardımlıda məktəblinin meyiti tapılıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Gendərə kəndində baş verib.

Belə ki, ikinci sinif şagirdi Ə.Q. məktəbdən evə qayıtmayıb. Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb. Lakin axtarışlar zamanı məktəblinin meyiti kənddəki körpünün altında aşkarlanıb.

İlkin ehtimala görə, Ə.Q. körpüdən yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az