ABŞ Prezidenti Donald Tramp administrasiyasının Şimali Amerika meşələrində yaşadığı iddia edilən “Biqfut” (İriayaq) adlı sirli məxluqla bağlı sənədləri ictimaiyyətə açıqladığı bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sənədlərdə ovladıqları maralların hamısının naməlum bir məxluq tərəfindən aparıldığını iddia edən ovçuların ifadələri, eləcə də bir polis əməkdaşının aşkarladığı uzunluğu 30 santimetrdən çox olan yüzlərlə ayaq izinin təsvirləri yer alıb.
“Fox News” telekanalının aparıcısı Cessi Uotersin gündəmə gətirdiyi sənədlərdə ovçuların qarşılaşdıqlarını iddia etdikləri naməlum məxluq və onun nəhəng ayaq izləri ilə bağlı diqqətçəkən ifadələr yer alıb.