Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Abdullu kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "VAZ-21099" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.