Danimarka 2027–2028-ci tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəyə icazə verilməyəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Danimarka Təhsil Nazirliyinin məlumatına görə, yeni qayda təkcə mobil telefonlara deyil, internetə çıxışı olan digər şəxsi elektron cihazlara da şamil ediləcək.
Açıqlamada məktəblərin internet şəbəkələrində məzmun filtrləmə sisteminin tətbiq olunacağı bildirilib.
Bundan əlavə, dərs saatlarında təhsillə əlaqəsi olmayan sosial şəbəkələrə, onlayn oyunlara və alış-veriş saytlarına girişin məhdudlaşdırılacağı qeyd olunub.
Hansı internet saytlarına girişin qadağan ediləcəyi ilə bağlı qərarı isə bələdiyyələr və məktəb rəhbərlikləri verəcək.