logo
logo logo
logo

Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında 

11:25 - 24 Noyabr 2026

Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında 

İmişlidə atasının qətlini sifariş verməkdə təqsirləndirilən Fəqan Fərəcov, onunla birgə mühakimə olunan tanışları İlkin Hüseynov və Fariz İsmayılovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Manset.az Pravda.az-a istinadən xəbər verir ki, şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, Fəqan Fərəcov tamah niyyəti ilə atası Xələf Fərəcovun qətlini sifariş verdiyi icraçılara 60 000 manat vəd edib.

O, tanışı İlkin Hüseynovla əlaqə saxlayaraq, sifarişi icra edə biləcək şəxsin tapılmasını istəyib. İlkin Belarusda yaşayan Vüsal Məmmədovu tapıb. Telefon danışığı zamanı İlkin Vüsala bu işi tək adamın görə bilməcəyini deyib, ondan əlavə icraçı tapılmasını istəyib. Nəticədə Xələf Fərəcovun qətlində iştirak edəcək şəxs qismində Fariz İsmayılovla əlaqə saxlanılıb, ondan razılıq alınıb.

Razılaşmaya görə, 60 000 manatın 30 000 manatı icraçıya çatmalı, qalan məbləğ isə İlkinlə Vüsal arasında bölünməli idi. Cinayət planına əsasən, elə görüntü yaratmaq lazım imiş ki, guya Xələf Fərəcov bədbəxt hadisə nəticəsində - elektrik cərəyanı vurmasından ölüb.

Qruplaşma arasındakı razılaşmaya əsasən, İlkin Hüseynovla Fariz İsmayılov İmişliyə, zərərçəkən şəxsin yaşadığı ünvana yollanıblar. İcraata başlayan zaman qonşulardan birinin öz evindən çıxaraq küçə ilə hərəkət etməsi cinayətkarları qorxudub. Buna görə də onlar istəklərindən asılı olmayaraq, cinayət əməlini başa çatdırmayıb və hadisə yerindən qaçmaq məcburiyyətində qalıblar.

Bundan sonra sifarişçi ilə icraçılar arasında gərginlik yaranıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Fərəcov, İlkin Hüseynov və Fariz İsmayılov hər biri 8 il azadlıqdan məhrum ediliblər. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin olunmayıb.

Cinayət işində adı hallanan Vüsal Məmmədov hadisədən sonra Belarusa qaçıb. Lakin sonradan tutularaq Azərbaycana gətirilib. Məhkəmənin hökmünə əsasən, o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az