Bəqayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın dəniz blokadası və sanksiyalarına qarşı müxtəlif tədbirləri nəzərdən keçirdiklərini, mövcud bütün imkanlardan istifadə edəcəklərini bildirib.
ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına və sanksiyalara qarşı çıxmaq, eləcə də onların təsirini aradan qaldırmaq məqsədilə İranın diplomatik, siyasi və müdafiə sahələrində bir sıra tədbirləri nəzərdən keçirdiyini bildirən Bəqayi, qəbul ediləcək qərara uyğun olaraq müvafiq addımların atılacağını qeyd edib.
ABŞ-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi halında Hörmüz boğazında və bölgədə təhlükəsizliyin ən qısa müddətdə bərpa oluna biləcəyini deyən Bəqayi əlavə edib:
“İranın şərtləri onun hüquqlarıdır. Bu şərtlərə dəniz blokadasının və sanksiyaların aradan qaldırılması, həmçinin anlaşma memorandumunun müddəalarının yerinə yetirilməsi daxildir”.