- Abunəçilərinə sərfəli mobil xidmətlərlə yanaşı, dəyərli hədiyyələr qazandıran “Nar” yeni oyun platforması – Nar Oyun Mərkəzini istifadəyə verir.
- Manset.az xəbər verir ki, platformada oyun oynayaraq gündəlik reytinqdə ilk 30-luqda yer alan istifadəçilər hər gün 1 GB internet bonusu, həftəlik reytinqin qalibi isə yeni smartfon qazanmaq imkanı əldə edir. Bundan əlavə, istifadəçilər topladıqları xalları internet bonuslarına dəyişə, oyun abunəliyinə qoşulduqda isə əlavə 1 GB internet əldə edə bilərlər.
Nar Oyun Mərkəzinə Nar+ tətbiqinin əsas səhifəsində yerləşdirilən xüsusi banner vasitəsilə keçid etmək mümkündür. İstifadəçiləri platformada “Nar Ball”, “Fürsəti tut” və “Space Ball” olmaqla üç fərqli oyun gözləyir. Oyun zamanı toplanan hər 2000 xal istifadəçiyə 700 MB internet bonusu qazandırır. Xallar 30 gün ərzində toplanır və abunəlik başa çatdıqda sıfırlanır.
Qeyd edək ki, ilk 7 gün ödənişsiz olan xidmətin sınaq müddətində də gündəlik mükafat qazanmaq mümkündür. Bonusların etibarlılıq müddəti 7 gün, aylıq abunə haqqı isə 1,77 AZN təşkil edir. Daha ətraflı məlumat üçün: nar.az
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq
qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.