logo
logo logo
logo

“Prokurorluq kadrlarının 97 faizi müsabiqə ilə qəbul olunub” - Heydər Məmmədov 

11:13 - 23 Noyabr 2026

“Prokurorluq kadrlarının 97 faizi müsabiqə ilə qəbul olunub” - Heydər Məmmədov 

Noyabrın 23-də prokurorluq orqanlarında qulluğa qəbul üzrə elan edilmiş 28-ci müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.


Manset.az xəbər verir ki, Baş prokurorun müavini, Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri Heydər Məmmədov bildirib ki, imtahanda ümumilikdə 133 namizəd iştirak edib. Onlardan 86-sı kişi, 47-si qadındır.

Heydər Məmmədov qeyd edib ki, imtahanın tam aşkarlıq, şəffaflıq və obyektivlik şəraitində keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. İmtahan prosesini müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

Baş prokurorun müavini vurğulayıb ki, 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul edilmiş ali hüquq təhsilli mütəxəssislər hazırda kadr korpusunun 97 faizini təşkil edir. Onların böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilib, bir qismi isə rəhbər vəzifələrdə çalışır.

Heydər Məmmədovun sözlərinə görə, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə həyata keçirilən kadr siyasətində əsas məqsədlərdən biri mütərəqqi təfəkkürlü, gələcəkdə obyektiv və qərəzsiz qərarlar qəbul edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə xidmət göstərən, eyni zamanda innovasiyalara və müasir yeniliklərə üstünlük verən yeni nəsil prokurorların formalaşdırılmasıdır.

O bildirib ki, tam aşkarlıq, şəffaflıq və hamı üçün bərabər imkanlar prinsiplərinə əsaslanan müsabiqə prosesi ən layiqli namizədlərin seçilməsini təmin edən mühüm institusional mexanizmdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az