logo
logo logo
logo

Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT 

11:06 - 23 Noyabr 2026

Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT 

4 dekabr 2026-cı il tarixində keçiriləcək BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.


Manset.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gedərkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq aparmalıdır.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az