logo
logo logo
logo

“Liverpul” “Mançester Yunayted”ə qalib gəldi 

22:51 - 22 Noyabr 2026

“Liverpul” “Mançester Yunayted”ə qalib gəldi 

“Liverpul” İngiltərə çempionatının 11-ci turunda doğma meydanda “Mançester Yunayted”i 4:0 hesabı ilə məğlub edib. Qarşılaşma “Enfild” stadionunda keçirilib.


Manset.az xəbər verir ki, qolları Dominik Soboslai (10-cu dəqiqə), Florian Virts (13), Rio Nqumoha (66) və Viktor Munyos (82) vurublar.

Matçın 8-ci dəqiqəsində qonaq komandanın futbolçusu Leni Yoro meydandan qovulub.

Bu, “Mançester Yunayted”in Maurisio Poçettinonun rəhbərliyi altında keçirdiyi ilk oyun olub. O, baş məşqçi postunda Maykl Kerriki əvəzləyib.

“Liverpul” 21 xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə çempionatda ardıcıl 9 oyundur qələbə qazana bilmir. Komanda 8 xalla 19-cu yerdədir.

Növbəti turda “Liverpul” noyabrın 29-da səfərdə “Everton”la, “Mançester Yunayted” isə noyabrın 28-də doğma meydanda “Brentford”la qarşılaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az