logo
logo logo
logo

Harri Keyn əməliyyat olundu - Foto

23:22 - 21 Noyabr 2026

Harri Keyn əməliyyat olundu - Foto

Almaniyanın "Bavariya" futbol klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn topuq bağlarının qopması səbəbindən əməliyyat olunub.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Keyn sosial şəbəkə hesabında paylaşım edib.  O, xəstəxanadan fotosunu da yayımlayıb.

"Belə zədə almaq, əlbəttə ki, çox üzücüdür. Lakin həmişə olduğu kimi, bunu dözümlülük nümayiş etdirmək və 2027-ci il ərəfəsində daha da güclənmək üçün bir fürsət hesab edirəm. Mövsümün sonuna qədər tam gücümlə və hazır vəziyyətdə qayıdacağam", - deyə o bildirib.

33 yaşlı hücumçu bu zədəni ötən gün Almaniya çempionatının 10-cu turunda "Köln"lə keçirilən oyunda (1:1) alıb. O, matçın 20-ci dəqiqəsində əvəzlənib. Daha sonra "Bavariya" Keynin bir neçə ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az