logo
logo logo
logo

"Barselona" hücumun mərkəzinə 172 milyon dollarlıq ulduzu transfer etmək istəyir - Foto

18:39 - 21 Noyabr 2026

\"Barselona\" hücumun mərkəzinə 172 milyon dollarlıq ulduzu transfer etmək istəyir - Foto

İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Siti" komandasında çıxış edən Erlinq Holandı transfer etmək istəyir.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi norveçli hücumçu üçün 130 milyon funt-sterlinq (təxminən 172.4 milyon dollar) təklif etməyi planlaşdırır.

Bildirilir ki, "Barselona" Holandı gələcək hücum xəttinin əsas fiqurlarından biri kimi görür və onun ətrafında Lamin Yamalın da yer alacağı güclü komanda qurmaq niyyətindədir. Transferin 2027-ci ildə reallaşması ehtimalı müzakirə olunur.

Lakin mümkün keçidin qarşısında ciddi maneə var. Belə ki, 26 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Holand 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az