logo
logo logo
logo

Allergiyanın arxasında başqa səbəb dayana bilər

08:30 - 21 Noyabr 2026

Allergiyanın arxasında başqa səbəb dayana bilər

Alimlər allergiyanın yaranmasının immun sisteminin fəaliyyətindəki pozuntulardan deyil, orqanizmin müxtəlif orqanlarını örtən hüceyrələrdə enerji çatışmazlığından qaynaqlana biləcəyini düşünürlər.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, bu qənaətə Avstraliyanın Qriffit Universitetinin tədqiqatçıları gəliblər. Araşdırma çərçivəsində allergiyanın inkişaf mexanizminə dair yeni nəzəriyyə irəli sürülüb.

Tədqiqatın rəhbəri, professor Piter Smitin sözlərinə görə, hüceyrələrdə enerji istehsalını təmin edən mitoxondrilərin fəaliyyətinin pozulması orqanizmin təbii müdafiə baryerini zəiflədə bilər. Bu isə allergik reaksiyaların yaranmasına şərait yaradır.

Alimlər hüceyrələrin fəaliyyətinə mənfi təsir göstərə biləcək bir sıra amilləri də müəyyənləşdiriblər. Bunlara emal olunmuş qidalar, ətraf mühitin çirklənməsi, mikroplastiklər, yuyucu vasitələr, qida liflərinin az qəbulu və erkən yaşlarda antibiotiklərdən istifadə daxildir.

Tədqiqatın nəticələrinin allergiyanın müalicəsində fərqli yanaşmaların inkişafına töhfə verə biləcəyi bildirilir.

Tədqiqatçılar qeyd edirlər ki, hazırda tətbiq olunan müalicə üsulları əsasən iltihabın azaldılmasına yönəlib. Yeni nəzəriyyə isə allergiyanın meydana gəlməsinə səbəb olan ilkin mexanizmlərin araşdırılmasını ön plana çıxarır.

Alimlər araşdırmanın növbəti mərhələsində körpələrdə allergik xəstəliklər yaranmazdan əvvəl qoruyucu hüceyrələrin fəaliyyətini öyrənməyi planlaşdırırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az