Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında hədiyyə sevinci davam edir!
Manset.az xəbər verir ki, fakturasız xətt abunəçiləri arasında 11 və 17 noyabr tarixlərində keçirilən növbəti iki tirajın nəticələrinə əsasən daha 14 nəfər iPhone 17 Pro smartfonunun, 2 nəfər isə Toyota Corolla Cross avtomobilinin sahibi olub.
Beləliklə, lotereya çərçivəsində indiyədək Fakturasız
xətt abunəçilər üçün keçirilən dörd tirajın nəticəsində ümumilikdə 28 iPhone 17
Pro smartfonu və 4 Toyota Corolla Cross avtomobili qaliblərə təqdim olunub. Hər
tirajda 7 smartfonun qalibi gündəlik toplanan lotereya şansları, 1 avtomobilin
qalibi isə həftə ərzində formalaşan şanslar arasından müəyyən edilir.
Hədiyyə qazanmaq fürsəti qarşıdakı həftələrdə də
davam edəcək. Fakturasız xətt abunəçiləri üçün növbəti tirajlar 24 noyabr, 1, 8
və 15 dekabr tarixlərində, Fakturalı xətt abunəçiləri üçün isə 30 noyabr və 30
dekabr tarixlərində keçiriləcək.
Lotereyada iştirak etmək üçün Azercell tətbiqinin
“Lotereya” bölməsində qeydiyyatdan keçmək və ya 3035 qısa nömrəsinə START
yazaraq SMS göndərmək və qaydaları təsdiqləmək üçün BELI yazıb yenə 3035-ə göndərmək
kifayətdir.
Abunəçilər balanslarını artırmaqla, uyğun məhsul
və xidmətlərdən istifadə etməklə, eləcə də xüsusi Şans paketlərini aktivləşdirməklə
lotereya şansları toplaya bilərlər. Bundan əlavə, abunəçilər mobil tətbiqdə təqdim
olunan həftəlik tapşırıqları yerinə yetirməklə əlavə şanslar əldə edə və
şanslarını 5 dəfəyədək artıra bilərlər.
Kampaniyanın baş mükafatı – şəhərin mərkəzində
yerləşən tam təmirli ikiotaqlı mənzil 30 dekabr tarixində keçiriləcək final
tirajında oynanılacaq. Meqa tirajda həm fakturasız, həm də fakturalı xətt abunəçilərinin
əvvəlki tirajlarda uduş qazanmamış şansları da iştirak edəcək.
Lotereyanın şərtləri və iştirak qaydaları ilə Azercell-in
rəsmi internet səhifəsində tanış ola bilərsiniz.
Lotereyaya qoşulun və növbəti qalib siz olun!