logo
logo logo
logo

Sabir Zeynalov dünya çempionu oldu 

11:55 - 20 Noyabr 2026

Sabir Zeynalov dünya çempionu oldu 

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb.


Manset.az xəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançımız finalda son Paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu olub.

Zeynalov finala qədər Hindistan təmsilçisi Mohit Singh, Monqolustan idmançısı Tyemirbyek Khaulyet və Taypey təmsilçisi Xiao Xiang-wen üzərində qələbə qazanıb.

O, 1/8 final, 1/4 final və yarımfinal mərhələlərini uğurla keçərək həlledici görüşə yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az