logo
logo logo
logo

"Hörmüzdə neft tankeri minaya düşdü" - SEPAH

23:34 - 19 Noyabr 2026

\"Hörmüzdə neft tankeri minaya düşdü\" - SEPAH

Hörmüz boğazında neft tankeri minaya düşüb, partlayışdan sonra gəmidə yanğın baş verib.


Manset.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məlumat yayıb.

"Bir saat əvvəl Hörmüz boğazının şərqindəki qadağan olunmuş ərazidə qaydaları pozan bir neft tankeri dəniz minasına çırpılması nəticəsində yanğına məruz qalıb və dayandırılıb", - məlumatda bildirilib.

SEPAH neft tankerinin naviqasiya sistemlərinin söndürüldüyünü iddia edir: "Bu strateji keçiddən keçmək istəyən bütün gəmilər əvvəlcə İran Silahlı Qüvvələri ilə lazımi koordinasiyanı həyata keçirməli, icazə verilən dəniz yolları ilə hərəkət etməli və bütün marşrut boyu öz tanınma, izləmə, yönləndirmə sistemlərini aktiv saxlamalıdır.

Bu tələblərə riayət etmək təhlükəsizliyin təmin edilməsinin və gəmilərin bu su yolundan keçə bilməsinin əsas şərtidir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az