"Globe Soccer Awards"ın 2026-cı il üzrə “İlin ən yaxşı klubu” nominasiyasına namizədlər müəyyənləşib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, kişilər arasında “Əl-Əhli”, “Arsenal”, “Aston Villa”, “Barselona”, “Bavariya”, “Flamenqo”, “İnter” və PSJ komandaları mükafat uğrunda mübarizə aparacaq.
Qadınlar arasında isə “Arsenal”, “Barselona”, “Bavariya”, “Kruzeyro”, “Mançester Siti” və “Lion” klubları namizəd göstərilib.
Qeyd edək ki, ötən il kişilər arasında PSJ, qadınlarda isə “Barselona” "Globe Soccer Awards"ın versiyasına görə ilin ən yaxşı klubu seçilib.