logo
logo logo
logo

Avropa şəhərlərinin əksəriyyəti hava çirkliliyi normalarına cavab vermir   

17:46 - 18 Noyabr 2026

Avropa şəhərlərinin əksəriyyəti hava çirkliliyi normalarına cavab vermir   

Avropada araşdırılan 40 böyük şəhərdən 37-nin Avropa İttifaqının (Aİ) 2030-cu ildən tətbiq edəcəyi hava çirkliliyi üzrə limit göstəricilərindən ən azı birinə mövcud ölçmələrə əsasən cavab vermədiyi müəyyənləşib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, davamlı şəhər nəqliyyatı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının yaratdığı Brüsseldə yerləşən “Clean Cities” təşkilatı “2026-cı il Şəhər Reytinqi” çərçivəsində azot dioksid və incə dispers hissəciklərin səviyyəsini Aİ-nin 2030-cu ildən tətbiq edəcəyi gündəlik və illik hədd göstəriciləri ilə müqayisə edib.

Araşdırma ilə bağlı yayılan yazılı açıqlamada bildirilib ki, tədqiqat zamanı əsasən Avropa Ətraf Mühit Agentliyinin ölçmə nəticələrindən istifadə olunub. Hava çirkliliyinin səviyyəsi ilə yanaşı, son 10 ildə baş verən dəyişikliklər və şəhərlərin nəqliyyat siyasəti də qiymətləndirilib.

Kopenhagen, Stokholm və Helsinki metropoliten əraziləri hər iki çirkləndirici üzrə müəyyən edilmiş gündəlik və illik hədd göstəricilərinin hamısına cavab verən yeganə şəhərlər olub. Bu şəhərlər reytinqdə “A” qiyməti alıblar.

Araşdırmaya daxil edilən 18 şəhərin isə müəyyən edilmiş dörd hədd göstəricisinin heç birinə cavab vermədiyi müəyyənləşib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az