logo
logo logo
logo

6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - FOTOLAR

20:17 - 17 Noyabr 2026

6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - FOTOLAR

Kürdəmirdə fərdi yaşayış evində güclü yanğın hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Ənvər Yunusova məxsus ümumi sahəsi 200 kv metr olan 6 otaq və 1 balkondan ibarət ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadsiə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Ev sahibinin sözlərinə görə yanğına səbəb elektrik enerjisində yaranan qısaqapanma olub. Yanğın zamanı ona ümumilikdə 100 min manatdan çox maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az