logo
logo logo
logo

İşsizlikdən sığorta fondunun büdcəsi qəbul edildi

17:13 - 17 Noyabr 2026

İşsizlikdən sığorta fondunun büdcəsi qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 


Manset.az xəbər verir ki, qanun layihəsinə əsasən, İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə xərclərinin 319 200 000,0 manat məbləğində təsdiq edilməsi təklif edilir. 

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

1.1.1. işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat;

1.1.2. işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50.300.000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az