logo
logo logo
logo

Əməliyyatdan sonra insanları pişik kimi görməyə başladı - Qəribə hadisə

17:56 - 16 Noyabr 2026

Əməliyyatdan sonra insanları pişik kimi görməyə başladı - Qəribə hadisə

Tibb dünyasında qeyri-adi hallara daha biri əlavə olunub. ABŞ-nin şimal-şərqində yaşayan 28 yaşlı kişi gün ərzində qarşılaşdığı insanların üzündə ev pişiyi Lunanın cizgilərini görür.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Karl adlı şəxsin yaşadığı bu narahatedici vəziyyət artıq iki ildir davam edir. O, beyin qanamasına səbəb ola biləcək damar yumağının (arteriovenoz malformasiya) götürülməsi üçün keçirdiyi əməliyyatdan sonra bu əlamətlərlə qarşılaşmağa başlayıb.

Bu tibbi hadisə ABŞ-dəki Dartmut Kolleci və Briqam və Qadın Xəstəxanasının tədqiqatçıları tərəfindən araşdırılaraq “Cortex” jurnalında dərc edilib.

Tədqiqatçıların məqaləsində qeyd olunub ki, bu tutmalar adətən bir neçə saat davam edir, bəzi hallarda isə bütün gün ərzində müşahidə olunur.

Məqalədə vurğulanıb ki, üz cizgilərinin qeyri-adi şəkildə birləşməsi istisna olmaqla, yaranan görüntülər tamamilə ardıcıl və sabit xarakter daşıyır.

Bildirilir ki, pişiyin üz cizgiləri baxılan şəxsin üzərinə sonradan əlavə edilmiş təsvir kimi görünmür. Əksinə, həmin cizgilər insanın üzü ilə tam şəkildə birləşir, baxış bucağı və məsafə dəyişdikcə isə təbii şəkildə dəyişir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az