logo
logo logo
logo

Yaxın 2 gündə hava necə olacaq? 

15:48 - 16 Noyabr 2026

Yaxın 2 gündə hava necə olacaq? 

Azərbaycanda yaxın iki gün ərzində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.


Manset.az Azərtac-a istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova noyabrın 17-si və 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcək:

"Lakin gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 12-17 dərəcə isti olacağı gözlənilir".

"Bölgələrdə də yaxın iki gün ərzində - noyabrın 17-18-də hava şəraiti yağmursuz keçəcək. Lakin 16-dan 17-nə keçən gecə və səhər saatlarında bəzi yerlərdə yağmurlu olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 13-18, dağlıq ərazilərdə isə 3-8 dərəcə isti olacaq", - deyə G.Məmmədova qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az