logo
logo logo
logo

Məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs olundu

11:55 - 16 Noyabr 2026

Məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs olundu

Biləsuvarda dövlət yol polisi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisindəki ümumtəhsil məktəblərindən birinin qarşısında avtoxuliqanlıq hərəkətləri edən sürücü Q.Aslanov saxlanılıb.


Manset.az xəbər verir ki, o, idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçılarının, o cümlədən həmin vaxt məktəbin giriş qapısının önündə dayanmış məktəblilərin həyat və sağlamlığına təhlükə yaradıb.

Sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Q.Aslanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az