logo
logo logo
logo

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü 

09:33 - 16 Noyabr 2026

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü 

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub.


Manset.az xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub.

Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qızı mişar daşları ilə hörülmüş hasarın altında qalaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az