logo
logo logo
logo

Qazaxda həyətyanı sahədə yanğın - 3 ton ot bağlaması yandı

14:53 - 15 Noyabr 2026

Qazaxda həyətyanı sahədə yanğın - 3 ton ot bağlaması yandı

Qazax rayonu, Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verib.


Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ot bağlamaları yığılmış sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 13 ton ot bağlamasının 3 tonu yanıb.

Ot bağlamalarının böyük hissəsi yanğından mühafizə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az