Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, Əməkdar artist Arif Mirzəyevin cənazəsi Azərbaycana gətirilib.
Manset.az xəbər verir ki, hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və mərhumun yaxınları iştirak edir.
Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.