AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasını UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması üzərində qazanılan qələbə münasibəti ilə təbrik edib.
Manset.az xəbər verir ki, qurum rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz!", - deyə o bildirib.
Xatırladaq ki, Lixtenşteyn - Azərbaycan oyunu yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qolu 26-cı dəqiqədə Mahir Emreli meydan sahiblərinin qapısına vurub.
Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz! 👍🏻 #AFFA Our national football team secured the top spot in Group 2 of UEFA Nations League D with an away win against Liechtenstein. Well done, Azerbaijan! 👍🏻🇦🇿
— Rovshan Najaf (@RovshanNajaf) November 14, 2026