logo
logo logo
logo

O, oktyabrın ən yaxşısı seçildi 

21:33 - 13 Noyabr 2026

O, oktyabrın ən yaxşısı seçildi 

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının ötən ay çempionatda göstərdiyi nəticələrə görə fərdi mükafata layiq görülüb.

“Tottenhem” oktyabr ayında Premyer Liqada 4 oyun keçirib. London təmsilçisi bu görüşlərin 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib. Beləliklə, komanda mümkün 12 xaldan 10-nu toplayaraq ayı məğlubiyyətsiz başa vurub.

Qeyd edək ki, 47 yaşlı De Zerbi daha əvvəl “Brayton”, Donetsk “Şaxtyor”u və Fransanın “Marsel” komandasında çalışıb. “Brayton” onun rəhbərliyi altında tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az