ABŞ-nin danışıqlar üzrə nümayəndəsi Cared Kuşner İrlandiyanın paytaxtı Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdən sonra açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o bildirib ki, Rusiya və Ukrayna danışıqların növbəti mərhələsinə Avropa ölkələrinin də cəlb olunması barədə razılığa gəlib.
Lakin Kremlin sözçüsü Dmitri Peskov Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakına icazə verilib-verilməyəcəyi barədə hələlik qərar qəbul edilmədiyini açıqlayıb.
Ukraynadakı müharibəyə son qoymaq məqsədilə ABŞ, Rusiya və Ukrayna arasında aparılan diplomatik təmaslarda yeni mərhələyə keçilib. ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskva və Dublində keçirdikləri görüşlərdən sonra danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildiriblər.
Bununla belə, Kreml Avropa ölkələrinin növbəti danışıqlar mərhələsində iştirakına dair hələlik yekun qərarın verilmədiyini bəyan edib.