Pakistanın şimalında sərnişin mikroavtobusu dağ yolunda hərəkət zamanı çaya aşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə ölkənin Gilgit-Baltistan bölgəsindəki dağ yolunda baş verib. Sərnişin mikroavtobusunun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.
Qəza nəticəsində 11 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.