logo
logo logo
logo

"QAZ 3110"lə avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO

10:30 - 13 Noyabr 2026

\"QAZ 3110\"lə avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO

Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "QAZ 3110" markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyev Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Manset.az xəbər verir ki, ilkin araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunmaqla

N.Mehdiyevin narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla N.Mehdiyev,

45 sutka inzibati qaydada həbs edilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az