logo
logo logo
logo

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

19:28 - 12 Noyabr 2026

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin rəhbəri Yensen Huanq vəzifəsindən istefa verib.


Manset.az Reuters-ə istinadən xəbər verir ki, onun yerinə müvəqqəti olaraq maliyyə işləri üzrə məsul şəxs Kolett Kress təyin edilib.

    “Nvidia”-nın səhmləri istefa açıqlamasından sonra 10% ucuzlaşıb. Bu, cari həftə ərzində şirkətin bazar dəyərinin təxminən 600 milyard dollar azalmasına səbəb olan enişi daha da dərinləşdirib.

    63 yaşlı Huanq “Nvidia”-nın səhmlərinin təxminən 3,6%-nə sahibdir və onun birbaşa tabeliyində onlarla rəhbər çalışır.

    ABŞ Prezidenti Donald Tramp “Nvidia”-nın rəhbərini “ləyaqətli insan” adlandırıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az