Azerbaijan flag

Bakıda keçmiş nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verdi 

11:55 - 12 Noyabr 2026

Bakıda keçmiş nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verdi 

Bakı Apellyasiya Məhkəməsində özünü falçı kimi təqdim edərək külli miqdarda dələduzluqda təqsirləndirilən Şərəf Əli-Zadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Manset.az xəbər verir ki, sonuncu prosesdə şikayət təmin edilməyib.

Şərəf Əli-Zadə özünü insanlara cadu və pis əməllərdən "təmizləyə" biləcək falçı kimi təqdim edərək, 2023-cü ilin fevral ayından 2024-cü ilin dekabr ayınadək olan müddətdə İsmayıl Məmmədovun sevdiyi xanımla ailə qurmasına, xanımı onu narahat edən keçmiş nişanlısından uzaqlaşdıracağına kömək edəcəyini deyib.

Eyni zamanda o, İsmayıl Məmmədovu yüksəkməvacibli işə düzəltməyə kömək edəcəyinə, tanışı olan xəstə bir qadının sağalmasına yardım edəcəyini vəd edərək, müxtəlif vaxtlarda pullarını ələ keçirməklə zərərçəkmişə ümumilikdə 302 894 manat maddi ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Şərəf Əli-Zadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şərəf Əli-Zadə 7 il müddətinə azadlıqdan məhrum edilib./pravda.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az