Azerbaijan flag

“Roma” ona daha az maaşlı müqavilə təklif edir

00:30 - 12 Noyabr 2026

“Roma” ona daha az maaşlı müqavilə təklif edir

“Roma” müdafiəçisi Mario Ermoso ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, İtaliya klubu 30 yaşlı futbolçu ilə müqaviləni 1 və ya 2 il uzatmağı, həmçinin sözləşməni daha bir mövsüm artırmaq hüququnu özündə saxlamağı planlaşdırır.

Yeni müqaviləyə əsasən, Ermosonun maaşının azaldılması nəzərdə tutulur. Lakin bu məsələnin danışıqlara mane olmayacağı bildirilir.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Ermoso karyerası ərzində “Espanyol”, “Atletiko” və “Bayer”də də çıxış edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az