Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada COP31 Liderlər Sammiti çərçivəsində görüş keçirirlər.
Manset.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə bu ölkənin Baş nazirinin mətbuat katibi Melanya Arutyunyan məlumat verib.
Danışıqlarda Türkiyə tərəfindən, digər vəzifəli şəxslərlə yanaşı, milli kəşfiyyatın rəhbəri İbrahim Kalın da iştirak edir.
Danışıqların təfərrüatları hələ ki, açıqlanmır.