Azerbaijan flag

İtaliyada 100-dən çox məktəbdə bomba siqnalı

15:28 - 11 Noyabr 2026

İtaliyada 100-dən çox məktəbdə bomba siqnalı

İtaliyada 100-dən çox məktəbə bomba təhlükəsi ilə bağlı anonim elektron məktub göndərilməsi təşvişə səbəb olub. Hadisə ilə əlaqədar bir sıra təhsil müəssisələri təxliyə edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, son həftələrdə ölkədə supermarketlərin soyuducu sistemlərini hədəf alan kiberhücumlar və təyyarələrə qarşı edilən saxta bomba xəbərdarlıqlarından sonra bu gün də ölkə üzrə 100-dən çox məktəbdə bomba həyəcanı elan olunub.

“Mikhail Andropov” imzası ilə göndərildiyi bildirilən elektron məktubda bəzi məktəblərdə bombaların yerləşdirildiyi iddia olunub. Bu məlumat bir sıra təhsil müəssisələrinin təxliyəsinə səbəb olub.

Bomba təhlükəsi ilə bağlı elektron məktubu alan məktəblərdə müvafiq yoxlamaların aparıldığı barədə məlumat yayılıb.

Həyəcan siqnalı səbəbindən paytaxt Romada da çoxsaylı məktəblər boşaldılıb. Şəhərin Appio-Tuscolano rayonunda yerləşən məktəblərin, eləcə də yaxınlıqdakı körpələr evi və uşaq bağçalarının təxliyə edildiyi bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az