Azerbaijan flag

Bolqarıstanda 50 avtomobil toqquşdu - Ölənlər var 

15:40 - 10 Noyabr 2026

Bolqarıstanda 50 avtomobil toqquşdu - Ölənlər var 

Bolqarıstanın cənub-şərqində baş verən zəncirvari yol qəzalarında 10-dan çox insan həyatını itirib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın BTA agentliyi məlumat yayıb.

Yambol şəhəri yaxınlığında, “Zimnitsa” və “Kabile” yol qovşaqları arasındakı hissələrdə baş verən qəzalarda təxminən 50 minik və yük avtomobili toqquşub. Hadisələr zamanı ərazidə sıx duman olub, görmə məsafəsi məhdudlaşıb.

Azı 27 yaralı bölgədəki xəstəxanalara çatdırılıb. Bəzi şəxslər deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qaldığından xilasedicilər onları çıxarmaq üçün işləri davam etdirirlər.

Əraziyə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin ehtimala görə, qəzalara əlverişsiz hava şəraiti və yol örtüyünün sürüşkən olması səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az