Azerbaijan flag

23 yaşlı qızının orqanlarını bağışlayıb 6 nəfəri xilas etdi 

13:20 - 10 Noyabr 2026

23 yaşlı qızının orqanlarını bağışlayıb 6 nəfəri xilas etdi 

Beyin ölümü diaqnozu qoyulan 23 yaşlı Məryəmin orqanları ailəsinin razılığı ilə bağışlanaraq altı insana yaşamaq şansı verib.


Manset.az xəbər verir ki, Məryəmin atası Elxan Məmmədov bu qərarın ailəsinə həyata davam etmək üçün stimul olduğunu bildirib.

“Qızım dünyasını dəyişdi, amma onun orqanları altı insana yaşamaq üçün şans verdi. Bu, bizə həyata davam etmək, yaşamaq üçün bir stimul oldu”, – o deyib.

Elxan Məmmədov insanları orqan donorluğuna həssas yanaşmağa və bu humanist missiyaya dəstək verməyə çağırıb:

“Həyat gözlənilməzliklərlə doludur. Hər birimiz belə bir vəziyyətlə üzləşə bilərik. Ona görə də bu məsələyə daha böyük ciddiyyətlə yanaşmağa və bu humanist missiyaya dəstək olmağa çağırıram. Bir insanı yaşatmaq insanlığı yaşatmaqdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az