Azerbaijan flag

İran ABŞ-a iki gün vaxt verdi 

22:15 - 09 Noyabr 2026

İran ABŞ-a iki gün vaxt verdi 

İran ABŞ-yə iki gün ərzində danışıqlara qayıtmaq təklifi təqdim edib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, Tehran bunun üçün ABŞ-dan əvvəlcə hərbi əməliyyatları dayandırmağı, dəniz blokadasını aradan qaldırmağı və sanksiyaları ləğv etməyi tələb edir.

Axios-un məlumatına görə, Qətərin vasitəçiliyi ilə hazırlanan layihədə aşağıdakı addımlar nəzərdə tutulur:

Birinci gün: ABŞ İranın dəniz blokadasını aradan qaldırmalı və dondurulmuş vəsaitlərin bir hissəsini azad etməlidir. Bunun qarşılığında İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə obyektlərinə müfəttiş göndərməsinə razılıq verməlidir.

İkinci gün: Hörmüz boğazı yenidən açılmalı, daha sonra nüvə proqramı ilə bağlı danışıqlar bərpa edilməlidir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az