Azerbaijan flag

Bir sıra dağlıq və dağətəyi ərazilərə qar yağıb - FOTO

09:37 - 09 Noyabr 2026

Bir sıra dağlıq və dağətəyi ərazilərə qar yağıb - FOTO

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb.

    Böyük Qafqaz sıra dağlarının şimal-qərb bölgəsindən keçən hissəsində, yüksək dağlıq ərazilərdə artıq bir neçə gündür qar yağması müşahidə olunur.

    Noyabrın 8-dən 9-na keçən gecədən başlayaraq Qax rayonunun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə, eləcə də Şəki rayonunun Oxud və Kiş kəndlərinin inzibati ərazilərinə qar yağıb.

    Hazırda Sarıbaş kəndində qar örtüyünün qalınlığı 10 santimetri ötüb. Şəkinin Oxud və Kiş kəndlərində isə qarın qalınlığı 3-6 santimetr arasında dəyişir.

    Bölgədə qeyri-sabit hava şəraiti davam edir. Havanın temperaturu düzənlik ərazilərdə müsbət 5, yüksək dağlıq ərazilərdə isə mənfi 4 dərəcəyədək enib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az