Azerbaijan flag

Soyuducunuz yaxşı soyutmur? – Səbəb bu hissədə ola bilər

08:00 - 09 Noyabr 2026

Soyuducunuz yaxşı soyutmur? – Səbəb bu hissədə ola bilər

Soyuducunun əvvəlki kimi yaxşı soyutmaması hər zaman ciddi texniki nasazlıq demək deyil. Bəzən buna cihazın uzun müddət təmizlənməyən hissələri səbəb olur.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, soyuducunun arxa və ya alt hissəsində yerləşən kondensator borularında toz və kirin toplanması istiliyin xaric edilməsini çətinləşdirə bilər.

Nəticədə soyuducu lazımi temperaturu saxlamaq üçün daha çox işləyir, elektrik enerjisi sərfiyyatı artır və soyutma zəifləyə bilər.

Mütəxəssislər kondensatorun istehsalçının təlimatlarına uyğun təmizlənməsini tövsiyə edirlər. Təmizliyə başlamazdan əvvəl cihaz elektrik şəbəkəsindən ayrılmalıdır.

Problem davam edərsə, soyuducunun termostatı, qapı rezinləri və digər texniki hissələri mütəxəssis tərəfindən yoxlanılmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az