Azerbaijan flag

İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqladı

23:56 - 08 Noyabr 2026

İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqladı

İranla ABŞ arasında vasitəçilər vasitəsilə aparılan təmaslarda yaranan fasilə ABŞ-da keçirilmiş aralıq seçkilərinin nəticələri ilə bağlıdır.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət teleradio şirkətinə açıqlamasında bildirib.

“Artıq bir neçə gündür ki, seçkilərin nəticələrinə görə vasitəçilər tərəfindən səfərlər həyata keçirilmir. Təmasların bərpası üçün əlverişli şəraitin yaranmasına müəyyən vaxt lazımdır”, – nazir qeyd edib.

Əraqçi bundan əvvəl İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a təqdim etdiyi iki günlük təklifin qüvvədə qaldığını açıqlamışdı.

O, Vaşinqtonu Tehranın tələblərini, o cümlədən bütün cəbhələrdə müharibənin dayandırılması şərtini yerinə yetirməyə çağırmış, əks halda hərbi qarşıdurmanın davam edə biləcəyi barədə xəbərdarlıq etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az