Azerbaijan flag

Dövlət Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət etdi - FOTO

13:20 - 08 Noyabr 2026

Dövlət Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət etdi - FOTO

8 noyabr – Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində inşa olunan Zəfər parkında yerləşən Zəfər Tağı abidəsini ziyarət edib.


Manset.az xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i ölkə ərazisində Zəfər Günü kimi qeyd edilir.

Zəfərin mübarək, Azərbaycan!











Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az