logo
logo logo
logo

Türkiyədə dəhşətli qəza - 9 ölü var / FOTO

09:35 - 08 Noyabr 2026

Türkiyədə dəhşətli qəza - 9 ölü var / FOTO

Türkiyənin Van vilayətinin Özalp rayonunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 7-də Özalp-Saray avtomobil yolunda, Çalımlı məhəlləsi yaxınlığında baş verib.

Məlumata görə, TIR-la sərnişin mikroavtobusunun toqquşması nəticəsində ağır qəza baş verib. Hadisə yerinə polis, jandarma, AFAD, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. Qəza ilə əlaqədar bir müddət bağlı qalan yolda nəqliyyatın hərəkəti nəzarət altında bərpa edilib.

Van valisi Ozan Balcı bildirib ki, yağış səbəbindən yolun sürüşkən olması qəzaya səbəb olub. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az