"Kəpəz" komandasının milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə dövründəki hazırlıq planı müəyyənləşib.
Klubdan Manset.az-a verilən məlumata görə, Premyer Liqanın XI turunda "Neftçi" ilə qarşılaşan "sarı-göylər"in futbolçuları 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.
Plana əsasən, Gəncə kollektivi hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq. Azər Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 14-də Gəncə stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi "Gəncəbasar"la qüvvəsini sınayacaq.