logo
logo logo
logo

Bakıda sərnişin avtobusu qəza törətdi - Yaralılar var - FOTO

18:49 - 06 Noyabr 2026

Bakıda sərnişin avtobusu qəza törətdi - Yaralılar var - FOTO

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki 337 saylı orta məktəbin qarşısında 162 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq qarşıdakı "Opel" markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən "Opel" də yoldan çıxaraq yol kənarında olan piyadanı vurub. Avtobusda da xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az