logo
logo logo
logo

"Coğrafi sərhəd tanımadan hücum edəcəyik" - İran ordusundan ABŞ-yə hədə-qorxu

17:23 - 06 Noyabr 2026

\"Coğrafi sərhəd tanımadan hücum edəcəyik\" - İran ordusundan ABŞ-yə hədə-qorxu

İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bəyan edib ki, Vaşinqtonun İrana hücum edəcəyi təqdirdə onların qüvvələri ABŞ-nin maddi və mənəvi hədəflərinə qarşı coğrafi sərhəd tanımadan zərbələr endirəcək.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan yarı-rəsmi "defapress" agentliyinə danışan Əkrəminiya ABŞ-ı xəbərdar edib. ABŞ-ın bölgədəki mövcudluğuna əlavə olaraq Cənub-Qərbi Asiyadan kənarda da hərbi bazalarının olduğunu və həmin bazalara qüvvələr yerləşdirdiyini xatırladan Əkrəminiya, "İran Silahlı Qüvvələri hər hansı bir hücum halında ABŞ-a məxsus bütün maddi və mənəvi hədəfləri coğrafi sərhəd tanımadan hədəf alacaq" deyib.

Əkrəminiya həmçinin Hörmüz boğazının yalnız İranın təklif etdiyi şərtlər qəbul edildikdən sonra açılmasının mümkün olacağı mesajını bir daha təkrarlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az